Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:34

Rəsmiyyə Sabir. Fələk


Xəyal dünyası qururam,
Tikdiyimi sökür fələk.
Yürüyürəm yavaş-yavaş,
Ayağımdan çəkir fələk.

Dərdə tuş olandan bəri,
Bir sümüyəm, bir də dəri,
Yediyim qəmi-kədəri,
Gözlərimdən tökür fələk.

Mən nə saydım, o nə sayır,
Gəl ağı qaradan ayır,
Üstümdən dərdi atmayır,
Ürəyimə çökür fələk.

Yer üzündə haqq gəzirəm,
Hər əmrinə müntəzirəm,
Onun sirrini çözürəm,
Açdığımı bükür fələk.
XS
SM
MD
LG