Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:47

Gürcüstanda səsvermədə saxtakarlıq ittihamı ilə iki nəfər həbs edilib


Marneulidə seçki qutusuna bülletenlərin atılması
Marneulidə seçki qutusuna bülletenlərin atılması

Gürcüstan hakimiyyəti seçki saxtakarlığı iddiaları üzrə 47 iş açıldığını, iki nəfərin 26 oktyabr parlament seçkiləri zamanı qutulara bülleten doldurmaq ittihamı ilə həbs olunduğunu bildirib.

Araşdırmalar "seçkinin saxtalaşdırılması, seçicilərin iradəsinə təsir göstərmək, seçkinin gizliliyinin pozulması, jurnalistlərin fəaliyyətinə əngəl törədilməsi, zorakılıq, təhdid, əmlaka ziyan vurma və dağıtma" üzrə aparılır.

Daxili İşlər Nazirliyi saxlananlardan birinin 40 yaşlı Rövşən İsgəndərov olduğunu açıqlayıb. O, Marneuli Şəhər Şurası sədrinin müavinidir.

Digər şəxsin kimliyi açıqlanmayıb, 1990-cı il doğumlu E.İ. olduğu bildirilib.

+++

Oktyabrın 31-də Gürcüstan polisi seçki qutularına bülletenləri atmaqda təqsirləndirilən iki nəfəri həbs edib. Gürcüstan Daxil İşlər Nazirliyinin məlumatında belə deyilir.

Şübhəlilərdən biri Marneuli Şəhər Şurası sədrinin müavinidir.

Seçkilər zamanı buradakı seçki məntəqələrinin birində pozuntular barədə yayılan bilgilər səsvermənin dayandırılmasına və məntəqədəki bütün nəticələrin ləğvinə yol açıb.

Polis həbs edilənlərin şəxsiyyəti barədə bilgi verməsə də, onların 42 yaşlı R.İ. və 34 yaşlı E.İ. olduğunu bildirib.

AzadlıqRadiosunun müxbiri Marneulidəki digər məntəqədə hakim partiya nümayəndəsinin müxalifətdən olan həmkarını döyməsi barədə bilgi yayıb. Bu olayın da seçki qutusuna bülletenlərin atılması üzündən baş verdiyi iddia edilir.

Müxalifət və Qərbyönlü prezident Salome Zurabişvili seçki sonuclarını tanımaqdan boyun qaçırıb. Zurabişvili seçkilərdə geniş saxtakarlığa yol verildiyini deyərək Rusiyanı seçkilərə müdaxilə etməkdə suçlayıb.

ATƏT müşahidəçilərinin rəylərinə dayanan Aİ, NATO və ABŞ mümkün pozuntular, səslərin satın alınması, seçicilərin qorxudulması iddiaları ilə bağlı istintaq aparılmasını tələb edib.

S.Zurabishvili Qərb ölkələrini seçki sonuclarının yenidən sayılması üçün Gürcüstan hakimiyyətinə basqı göstərməyə çağırıb.

Məsələ ilə bağlı istintaq başladan Baş Prokurorluq ifadə vermək üçün Zurabişvilini prokurorluğa dəvət etsə də, o, ifadə verməkdən boyun qaçırıb.

Rəsmi bilgilərə görə, hakim "Gürcü Arzusu" seçkidə 54 faiz səs yığıb. Müxalifətin iki exit-poll-u hakim partiyanın 42 faiz səs topladığını açıqlayıb. Üstəlik, həmin sorğular dörd müxalif partiyanın səslərin aydın çoxluğunu qazandığını söyləsə də, MSK bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bildirib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "qeyri-bərabər rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınması, ikili səsvermə, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.

XS
SM
MD
LG