Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

İran sonuncu iPhone modellərinə qadağanı götürdü


Tehranda mağaza
Tehranda mağaza

Oktyabrın 30-da İran sonuncu iPhone modellərinin alış və satışına qoyduğu yasağı ləvğ edib. AzadlıqRadiosu bu yasağın 19 aydan çox qüvvədə olduğunu xatırladır.

"Tezliklə “iPhone”nun idxalı ilə bağlı detallar və qaydalar açıqlanacaq", - İranın Telekommunikasiyalar naziri Sətər Haşemi (Satar Hashemi) X sosial şəbəkəsində belə yazıb. Prezident Məsud Pezeşkian qərarı dəstəkləyib.

Yasaq iPhone 14 və 15 modellərinin satış və idxalına aid idi. Üzləşdiyi sanksiyaların təsirindən, ölkə xarici valyutaya qənaət üçün bu yasağı tətbiq etmişdi.

Qadağa “iPhone 13” və köhnə modellərə aid olmamışdı. Hər 3 nəfərdən birinin iPhone sahibi olduğu İranda sözügedən modellər qara bazarda satılıb.

ABŞ-nin sanksiyalarına görə, iPhone istehsalçısı olan “Apple” şirkətinin İranda rəsmi nümayəndəliyi yoxdur.

XS
SM
MD
LG