Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:53

Məhəmməd Rza Ləvai. Mübarizə tamı


Səni sevirəm, qadınım
Müxalifətin çiynindəki sancını da…
Hər gecə
Sən yerimə girəndə
Pənbəyi-daği cünun içrə nəhan
Olurdu
Bədənim
Və hər səhər məni
Tərk edəndə
Lüm-lüt boşluğa tapınardım
İlk kəlməni məmələrindən əmdim
Və ilk balığı
Dodaqlarından tutdum
Qəhrində qar adamı düzəltdim
Gözlərinin gülüşündə
Dostlarımla birgə üzdüm
Sən möhtəşəm mübarizsən
Son döyüşümüzdə
Oğlumu bıçaq çəkdin üstümə
Və mən təslim oldum
Sən möhtəşəm mübarizsən
Nə çox günlər, hirsini divara çalıb
Məni öpərdin
Kəhkəşan divarda qalardı
Düşmən məni tutmağa qapını çalardı
Və mən döşlərindən aslanardım
Düşmən pəncərəmizi daşlardı
Və mən qıçlarının arasındakı pəncərəyə
sığınardım…
Səni sevirəm, qadınım
Bağışla məni
Həmişə sənin gövdəni
Səngər kimi sevdim
Həmişə sənin dodaqlarını
Azadlığın dadı kimi daddım
Həmişə səni bütün gözəlliklər kimi
yapdım.
Və sən məni yola salanda
Ətəyini qaldırıb
O böyük mənanı göstərdin
Sən hamilə idin,
Sən mübarizəyə hamilə idin…
Səni sevirəm, qadınım
Və o səbəbdən
Dağlar mübarizə tamıdır !..


Kultaz
XS
SM
MD
LG