Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:42

Məhəmməd Rza Ləvai. Hanı sənə vurulduğum dəhşət?


Bir gün məni öldürər bu sevda
Gözlərim ovuclarına sıxılar bir gün
Çaxaram xatirələr astanasında
Geri dön sevgilim geri dön
Gündüzlərim gündəliklərlə bükülür
Bu nə haldır heeey
O qədər ayığam, yuxum tökülür!
Hanı həmən bu dilimlə vulkanları
Üfuqlərə qandırdığım günlər
hanı həmən bu dilimlə
xalqa ürək yandırdığım günlər
hanı sənə vurulduğum dəhşət?
Bir gün məni öldürər bu sevda
Yanaqların cəhənnəm caydırır üstümə
Baxışların göyü leş salır ayaqlarıma
Bəli düşünürəm
Yoxsulluq sevgiyə günüdür
Bəli düşünürəm
Yavan tikənin əvvəli sevdanın sonudur
Yox, heç də qayıtma
Sənin də haqqın var
İldırımda, yağmurda
Sənin də haqqın var,
Həyat adlı yalanlarda
Mənə yetər bu suçlar
Azərbaycan adlı bomba ilə oynamağım
Qələmlə yaratdığım sevinclər, kədərlər
Ayrılıq mahnısı ilə ulaşmağım
Və iştə,
Üzüm ağacıtək özümə dolaşmağım
Bir gün məni öldürər bu sevda


kultaz
XS
SM
MD
LG