Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:30

Namiq Rəssam "Yağış və təsəlli"














ELƏ HEY İTİRƏN

elə hey itirən...
elə hey itirən...
elə hey itirən...
itirən insan öldü...
insan öldü ,
öldü insan...
qaranlığa döndü insan...
zülmətdən yarandığı tək...
günəşdən güc aldığı tək..
insan söndü...
söndü insan...
qaranlığa döndü insan...

əllər soyuq ,
üz göyərmiş ,
gözlər açıq ,
baxır gözlər...
baxır soyuq baxışlarla...
ölüm yağır...
ölüm yağır yağışlarla...
baxır , boylanır məzardan...
o bir zaman...
o bir zaman ,
ana bətnindən doğmuşdu...
gülmüşdü həm böyümüşdü...
insan məktəbə getmişdi..
insan məktəbdən gəlmişdi...
bir az daha dirçəlmişdi...
bir az daha öyrənmişdi...

sevgisini itirmişdi..
sonra yenidən sevmişdi...
hələ 18 yaşında ,
hələ filmin ən başında ,
uşaqlığın itirmişdi...
cavanlığını tapmışdı...
özlüyündən , paklığından
bir az da uzaqlaşmışdı....
sonra insan evlənmişdi...
itirmişdi sevgilisin ,
tapmışdı o arvadını...
işdən evə gələn zaman
onun ayaqların yuyan...
tapmışdı o arvadını ,
itirmişdi sevgilisin...

sonra uşaqları oldu...
iki qızı , bir də oğlu..
böyütdü uşaqlarını ,
oxutdu uşaqlarını ,
yedirdi uşaqlarını ,
itirdi uşaqlarını...
əvvəl kosmonavt oğlunu...
itirdi, tapdı hərbçi...

sonra qızların itirdi,
şair , rəssam qızlarını...
tapdı həkim , hüquqşünas...
insan da qocaldı bir az..
boğdu onu qaranlığı...
itirdi o cavanlığı..
qocaldı o ,
o qocaldı...
təqaüdçü oldu insan...
biraz yaşa doldu insan...
külək xəzəl gətirirdi ,
itirdikcə itirirdi...
sağlamlığını itirdi...
azadlığını itirdi...
onu yıxdılar ,
o yıxıldı...
yıxıldı o çarpayıya...
dua etdi o Tanrıya..

o Tanrıya bel bağladı..
o sızladı , o ağladı..
gecələri keçdi belə...
onu şeytan aldı ələ...
ümidin üzdü Tanrıdan..
ümidin qatili oldu...
ümidin öldürdü insan..
ümid itdi..
ümid getdi...
ümid yoxsa ,
inam yoxsa ,
sevinc yoxsa ,
həyat yoxdur...
yoxdur həyat...
itdi həyat ,
bitdi həyat...
qara ölüm
qara libas geymiş ölüm
gəldi qonaq...
göz yumuldu...
susdu ürək...
susdu dodaq..
öldü insan ,
insan öldü..
itirən insan öldü...
elə hey itirən..
elə hey itirən..
elə hey itirən...


YAĞIŞ VƏ TƏSƏLLİ

Yağış, xoş gəlmisən...

otağımın pəncərələri açıqdı...

gəl yağmurum , gəl islat qaranlığımı...

səni gözləyirdim , gələcəyini bilirdim...

yenə yanaqlarımdan süzüləcək xəfif öpüşlərin...

yanaqlarımdan öpəcəyini bilirdim...

yenə neçə-neçə piyadanı islatmısan , yəqin...

yenə Bakı şairlərinə şeir bəhanəsi olmusan...

yenə aşiqlərin güllərini sulamısan əllərində...

yenə neçə günahsızı ağlatmısan için-için...

yenə gözəllərin kipriklərindən ,

ağacların hələ saralmamış yarpaqlarından süzülüb damlaların...

yağ yağışım , üsyan elə...

amma bərk yox , narın-narın...

təsəlli ver damlalarla

həm susamış , həm qocalmış pəncərə bağışlarına...

dön Tanrıya qiyam edən

ehtiras yağışlarına...

selə çevril ,

seviş bu boz küçələrlə...

qal yanında gecələrlə...

həyat ver sən ...

həyat ver sən Bakının səhralarına...

səhraları aşıb da gəl şairin misralarına...

islat mənim gözlərimi ...

saçlarımdan süzül mənim...

sonra islat əllərimi...

vəsf etmək üçün yaranmış

barmaqlarımın ucunda söz cücərtilərin islat...

öldür məni...

öldür məni , sən ey yağış ..

qırmızı qanıma qarış...

öldür məni...

təsəlli ver pəncərə baxışlarına...

öldür məni...

sonra çıx , get...

sən gedəndə pəncərələr açıq qalsın..


HÜCRƏ

oralarda bir Tanrı var...

bir də səkkiz cənnət bağı...

hər bağda qollu-budaqlı

cavan alma ağacları...

o ağaclar tez boy atır...

başları Tanrıya çatır...

dibində kölgələr yatır...

kölgələrin beşiyində ,

kölgələrin keşiyində ,

var bir hücrə....

bəyaz hücrə...

hücrənin içində dərviş ...

susur dərviş...

baxır dərviş...

fəqət gözlərini yummuş...

boylanır o ürəyinə...

qalxır , bir daş atır dərviş...

ruhunun dərinliyinə...

o daş dönür olur dünya...

elə hey fırlanır dünya...

o dünyada ölüm yaşar...

o dünyada həyat ölər...

ölülərin dünyasıdı...

dünyanı sarmış ölülər...

ölülərin arasında

dolanır tək-tək dirilər...

dirilər də ölüm dilər...

şairlər də ölüm dilər..

şair ölər...

dünya ölər...

dərviş ölər...

hücrə ikiyə bölünər...

ağac yanar...

yanar Tanrı...

ölər Tanrı...

bitər kədər...

oralarda kədər vardı...

oralarda şair vardı...

oralarda Tanrı vardı...


ƏZİZİM

gözü açıq məzarda uzanmaqdan bezmişəm , əzizim...

gör , neçə vaxtdı görmürəm səni , heyhat...

"Həyat dənizdi" - bağırır uzaqlarda balaca oğlan

"dəniz də ki elə həyat"

göy səma olub da üfüqlərdə dənizi qucaqlayasan...

olasan bir dalğa , bir ləpədöyən...

külək səni gətirə sahillərə...

qalasan çırpıla-çırpıla...

kədərdən qaralmış sal qayalara...

inadkarlığı öyrənib , günahlardan təmizlənmiş çıxasan

buz kimi soyuq suların bağrından...

şəffaf qanadlarla...

"Həyat səmadı" - bağırır uzaqlarda balaca oğlan

"səma da ki elə həyat"

səmada süzüb ötən , xoş bir xəbər aparasan...

bir göyərçin olasan...

məktubu çatdırasan yaxınından nigaran

pəncərədən boylanan gözü yaşlı , gözü yolda qalana...

onu sevindirəsən , baxasan gözlərinə...

qalasan gözlərində...

sonra pərvaz edib də

uçub...uçub gedəsən...

xoş xəbər aparasan

başqa bir gözü yaşlı , gözü yolda qalana...

"Həyat yoldu" - bağırır uzaqlarda balaca oğlan

"Yol da ki elə həyat"

pəncərənin önündə , yolların ötəsində çəmənliyə baxasan...

baharı gözləyəsən , qış boyu...

lalələrin açmasını gözləyəsən...

bahar gələr , açar al-əlvan lalələr...

bir kəpənək gəlib qonar sevə-sevə bir-bir o lalələrə...

kəpənəkdən yaşamağı öyrənəsən...

sonra birdən tufan qopar göyün bağrından...

lalələri qoparar torpağın bağrından...

xilasın ümidilə kəpənək pənah gətirər pəncərənə...

qonar , qalar pəncərəndə...

axı , sən bir insansan !

acımasız bir varlıq...

pəncərəni bağlarsan...

qonar , qalar pəncərəndə ...

donar , qalar pəncərəndə...

ölər , quruyar pəncərəndə...

sonra peşman olub da açarsan pəncərəni...

nə fayda...

göz yaşın isitsə də , kəpənəyin solğun qanadın...

nə fayda...

"Həyat göz yaşıdır"-bağırır uzaqlarda balaca oğlan...

"göz yaşı da elə həyat"

doğma vətən uğruna sinənə qurşun yedirəsən...

Al qanın isidə keşiyini çəkdiyin soyuq səngərləri...

dostların çiynində apara səni...

dostların çiynində gedəsən qara gora...

anan , bacın , sevgilin qəbrin üstə ağlaya...

atan şəklini silə...

nələr bağırmır ki , uzaqlarda balaca oğlan...

fəqət , bir gün səsi kəsilər...

http://doqquziklim.net/?p=1134#more-1134
XS
SM
MD
LG