Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:46

Aytən Təhmasib. Qarabağa gedən yol


QARABAĞA GEDƏN YOL.

Bizi hara çəkirsən, Cırtdan?!
Belə zarafat, oyun olmaz.
Düşmən oyunu uddu.

Oraya it bağlayıblar,
arxasi özündən böyük.

İşıq gəlmir bu yandan da,
daha o vaxtlar deyil.

Papağını qoy torpağın üstünə,
yaxşı-yaxşı fikirləşək, Cırtdan!!!


DÜSÜNCƏ

Gəlib, yetirdi özünü Novruz.
Həvəslə gözlədim sonuncu çərşənbəni.

Papaq götürüb, düşdüm yolun ağına.
Gəncənin düzündən keçib,
çıxdim Kəlbəcərin dağına.
Ağdamın yanından keçib,
düşdüm Şuşanın ayağına.
Əlim çatmadı Göyçəyə, Borçalıya,
Misginə, Ələsgərə, Alıya...

Papaq atmadığım kənd, şəhər qalmadı.
Haray salıb, kimsəni oyatmadım.
Səhərə yaxın xəyalım qayıtdı,
papağım qayıtmadı.
XS
SM
MD
LG