Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:28

Ülviyyə Heydərova "Dəli şeytan" (Hekayə)


- Siz işdən azadsınız!

- …

Cavanşir müdirin otağının qapısını yavaşca bağlayıb, işini tərk etdi. Əslində günah elə Cavanşirin özündəydi.

Müdirin dediyi olmasın, altdan- altdan iş görəndə , axırda belə də olmalıydı.

Təbii Cavanşir bunu boynuna almasa da , kor kor, gör görüydü. Bir ilin içində elə bil Poçtda xəzinə tapmışdı.

Düzdür, müdir yuxarılara yazıb onu cəzalandıra da bilərdi, amma etmədi.

Qorxdu ki, iş şişib böyüyər, sabah elə onun özünü də əlli-ayaqlı göndərə bilərlər. Heç Cavanşir də gür səsini ucaltmadı.Ancaq içində elə bil qiyam qopmuşdu.

Əgər ürəyinə yol tapıb aparat salsaydılar, oradan elə haraylar gələrdi ki, camaat növbəyə düzülüb, rayonun yeganə qulaq həkimi olan “ kar Adilin “ məsləhətini dinləyərdilər.

Indi suyu süzülə- süzülə evinə gedir. Nə etsin, nə tövr eləsin ki, yenidən padşah kimi yaşaya bilsin.Yol boyu ancaq bunu düşünürdü. Bir də buradan uzaqlaşmaq, bir müddət gözə görünməmək…

Qapını bu dəfə təpiklə yox, əliylə döydü. Kirimişcə dəhlizə girib, birbaşa mətbəxə keçdi.

- Ay arvad, indi biz neyləyək?

- Sənə dedim bir gün üstü açılacaq? Müdirin haqqını versəydin bu günə düşməzdin.
Allahına şükür elə ki, tutmadılar. Bircə o qalmışdı ki, türmələ peredaça daşıyam.

Cavanşir qulağını darta-darta:

- Allah eləməsin! Deyirəm dəli şeytan deyir ged Leninqrada… Əsgərlik yoldaşlarım da kömək edərlər.

Rasimə çatma qaşlarını bir az da çatıb fikrə getdi. Dəqiq bilirdi ki, Cavanşirin işdən çıxması (əslində qovulması) səssiz ötüşməyəcək. Rayonda hamı onun “ səxavətinə” bələd idi.

- Bu hardan sənin ağlına gəldi? …Əla !!

- Dəli şeytan- deyib barmağını havada yellədi.

Bu hədəyə oxşasa da Cavanşirin sevinc işarəsiydi. O dəqiqə gözünün qabağına qucağında oturmuş rus qızı, rus rublları, dollarlar gəldi. Ancaq xam xəyalı heç bir dəqiqə də çəkmədi.

Rasimə :

- Mən də səninlə gedəcəm. Heç qoyarammı orda tək qalasan..

Cavanşirin təpəsinə elə bil qaynar su tökdülər. O dəqiqə xəyalında rus qızı qucağından düşdü.- Nə deyirəm – deyib çayını içməyə başladı. Nə də deyə bilərdi axı?! Arvadına bələd idi. Allah eləməmiş “ yox” desəydi onsuz da dazlaşmaqda olan başını toyuğun tükün yolan kimi yolardı.

Elə həmin həftəsi Rasimə qızları Aytac, Gültacı anasına tapşırıb,- Hər ay pul göndərəcəyik – deyib, görüşüb,öpüşüb ayrıldılar.

Cavanşır təzə aldığı maşınını bir də gözdən keçirtdi. Onlar neçə kilometr yol gedəcəkdilər heç özləri də bilmirdilər.

Amma Cavanşir ona inanırdı ki, yol uzun olsa da sonu işıqlıdı. Əsgərlik yoldaşlarından ikisi orada yaşayır.

Kirayə tapana kimi onlarda gecələyə bilərlər. Ən əsası yatmağa yerləri olacaqdı. Sonrası Allah Kərimdi deyib, Rasəmənin qeybətlərini dinləyə- dinləyə üzü şimala yola düşdülər.

Rasimə qonşusu Həlimənin yeddinci qızının da qoşulub qaçdığından, Ceyranın oğlunun yenə də oğurluq üstə tutulduğundan,

Əsədin kiçik oğlunun sünnətində oynamaq üstə düşən davadan, baxıcı Gülağanın yeni sərgüzəştlərindən təfsilatıyla ərinə danışır, Cavanşir də “ gör ha “ , “ pay atonnan” deyə-deyə artıq yarı yolu qət etmişdilər…

… İki gün idi ki, yol gedirdilər. Bəlkə bu iki gündə Rasəmə ona iki min xəbər çatdırmışdı. Elə üyüdüb tökürdü.- Heç bilirsən, bazarın girəcəyindəki mağazanı kimə satıblar? Həsənə. Əlsəfa diş çəkənədə eşidib ki, beşincisi də qiz oldu, hirsini xəstəsinə töküb. Zavallı bir həftə qanaxmaya düşüb,qonşu Mehribanın qardaşı evli ola-ola qız qaçırıb…


Özgə həyatına maraq, yeri düşəndə müdaxilə onun azarıydı.

… Artıq dörd gündü ki, Cavanşirin sağ qulağı xəbər eşitməkdən uğuldayırdı. Hərdən çilə barmağını qulağına salıb var-gəl edər, ya da bir –iki sillə çəkib keyini açardı ki, yaxşı eşidə bilsin.

Elə onun da maraq dairəsi Rasiməylə müqayisədə heç də kiçik deyildi. Odur bir- birilərini yaxşıca tamamlayırdılar.

… Gəlib Sankt- Peterburqa çatdılar. Şəhərə bəkr yağış yağırdı. Yağış toz basmış maşını iki dəqiqəyə elə yuyub təmizlədi ki, Rasimənin gözləri bərələ qaldı.

- Hə, nədi? Ağlın rayona getməsin! Hələ bu harasıdır..- Cavanşir güya havanın hər ərköyünlüyünə bələddi. Əslində televiziyadan, əsgərlik yoldaşlarının söylədiklərindən başqa ( rus dilini pis bildiyindən əməlli başa düşməzdi ) bir şey bilmirdi.

Maşınını saxlayb, zənq etməkçün köşkə yaxınlaşırdı ki, bir zırpı milis onu kənara çəkdi :

- Товарищ, ваш документы!

Cavanşir dodağının altında :

- Zalım balası nəfəsimi dərməmiş kəsdirdi başımı ?!

- Что ты говариш ?

- Ничего, дорогой - deyib şalvarının arxa cibinə əl atdı. İki yüz rubl çıxarıb pasportunun içində milisə uzatdı.

Cavanşir pul mələsində əsil ustaydı. Almağa pərgar olsa da, verməyi də bacarırdı. Bir işində sonacan bəxti gətirmədi.

Cibindən saralmış bloknotunu çıxartdı, vərəqlərini çevirə- çevirə hardansa rəhmətlik anasının sözləri yadına düşdü.

Deyərdi , ay bala, atan Leninqradın oblabasan kəndində slujit çəkib. O da uğunub gedərdi ki, ay arvad, oblabasan kəndi olmaz ey, Leninqradskiy oblastda olar. Atasını körpə vaxtı itirdiyindən anasından onun haqqında hər şeyi soruşardı.
Nəhayət, nömrəni tapdı.

Di gəl, heç cürə telefon aparatından baş çıxara bilmirdi. Bir az aparatda əlləşəndən sonra, bir rusa yaxınlaşıb güc-bəlayla başa saldı ki, kömək etsin.

- Ало, ало…Витя можна ?

Yəqin xəttin o biri ucunda Vitya kimdir, yaxud da siz səhv düşmüsünüz deyə cavab verdilər. Cavanşir dəstəti könülsüz asdı. Qaşlarını çatıb bu dəfə də o biri nömrəni axtarmağa başladı. Yenə həmən vəziyyət təkrarlandı.

- Коля.. Коля, эта ты ? …Эта я Джаваншир. Какой? Молодой лев.. Джони. – deyə şaqqanaq çəkib güldü. – С жына приехала.. Да..да.. сегодня..

Yəqin Kolya soruşur ki, qalmağa yeriniz varmı, ya da kimin yanına gəlmisiniz. Cavanşir :

- Только тебя знаю… Что? А Витя где? … Вай..вай - deyib dəstəyi asmağı da unutdu.

Bu arada isə Rasimə mağazaları gəzib, qiymətləri milli pula çevirməkdə idi. Bir az keçməmiş gəldi.

- Hə, nə oldu 7 Vityanı, Kolyanı tapa bildinmi? Axşam hansının evinə gedirik?

- Ay qız, nə ev ?! Vitya orda yaşamır. Kolya deyir, köçüb İsrailə, arvadı yəhudidir… Kolya bilirsən, nə dedi? Çox da slujit etmişik, bütün şəhər çornılarla doludur, ged, sənə kömək edərlər… Mən səni tanımıram.

- Allah vurub Kolyanı da, üstəlik o Vityanı da .. Nə olub öz millətimizə..
Cavanşir sükan arxasında iki əlini başına tutub nə edəcəyini düşünür, yollar axtarırdı. Birdən yerindən elə sıçradi ki, az qalmışdı başı maşının banını əzsin.

- Tapdım. Dəli şeytan deyir, indi ged bir bazara. Bir azərbaycanlını tap, de ki, burda filankəsi görməmisiz. Deyəcəklər, yox, nə olub ki? Deyəcəm, görürsən ki, alçağı. Mənə deyib, gəl,sənə burda şərait yaradacam, işləyərsən. Demə yerini səhv deyib…Yəqin onlar da insafa gəlib mənə yol göstərərlər..

- Afərin !! Başın baş deyil, əsil domsovetdi- deyib Rasimə ərinin tərli başından öpdü.

Doğrudan da Cavanşirin dəli şeytanı düz deyibmiş. Elə də oldu. Ona hər şeyi başa saldılar. Ev məsələsinə də gəlincə söz verdilər ki, soraqlaşıb öyrənərlər.

Beş günün yorğunluğu, bir yandan da bugünkü gərginlik Cavanşiri əldən salmışdı. Hətta Rasimənin çənəsi də yorulmuşdu.

Maşını Nevanın kınarında saxladı. Çayda əllərini, üzlərini yudular. Hiss etdilər ki, bir az keçsə mədələri üsyana qalxacaq. Tez qəzet sərib, kolbasa, pomidor, çörək yeyib qiyamın qarşısını aldılar.

Rasimənin gözləri yumulurdu, maşında yerini rahatlayıb yuxuya qonaq getdi. Cavanşirsə əsnəsə belə yatmağa tələsmədi.

Fikirləşdi ki, birdən allah eləməmiş. Rasiməyə baxdı. Zalım qızı elə yatmışdı , sanki yumşaq taxtında uzanıb.

Sonra çayın sahilində sevişən itlərə, onlara tamaşa edən pişiyə baxa-baxa onu da yuxu tutdu.

… Şəhərin səhərini itlərin hürüşməsi açdı.

Nəhayət, Cavanşir özü demişkən hər şeyi düzüb qoşdu. İndi Rasimə onun satıcısıydı. Bir günün içində vurub çıxmağı, tərəzi də çəkməyi öyrənsə də rusca rəqəmləri gah səhv deyir, gah da dili topuq vururdu.

Bir həftə necə gəlib getdisə, özləri də bunu hiss etmədilər. Rasimə indi nəinki, dili topuq vurmur, hətta rəqəmləri öz xeyirinə dədəyişdirirdi.

İndi o, Raya , Cavanşirsə Conidir. Ev də tapmışdılar. Bəs necə! Coni bunun da öhdəsindən asanlıqla gəlmişdi. İki şüşə araq alıb, düşdü küçələrin canına.

Harda səndələyə- səndələyə gedən görürdüsə, onu dilə tuturdu. Beləcə, bir qadını razı sala bildi.

Yeni həyat Rayanı darıxdırmırdı. Əksinə, gün-gündən bazara daha da sıx bağlanır, qadın müştəriləriylə də cici- bacı olmuşdu. Bir gün bir avam müştərisi bazarlıqdan sonra sözarası soruşur ki, ayzə, bə ərin hanı? Heç görsənmir.

- Az, yazıq harda olacaq, malda..

- Booy, naxıradamı gedir anası ölmüş ?

- Evin tikilsin, nə naxır, bazaya gedib.

Bəli, Coni gündə iki dəfə necə deyərlər “ mala “ gedirdi. Hərdən Rayaya da kömək edər, satıcılıqda heç də ondan geri qalmazdı. Bir dəfə mamlı- matan rus qadını piştaxtaya yaxınlaşıb, Rayanı süzə- süzə Coniyə:

- Будте добры, пожалуйста ! Яблока сладкая или кислая? Тот раз мне обманули.

- Sən öl, женщина, вкусныды – deyə- deyə Coni almaları seçməyə başladı.

- Özün öləsən!

Conini elə bil şaxta vurdu.

Rasimə:

- Nə? Вы знаеше наш язык?

- А как же. Men Baküdə doqulmuşam. Bakülüyam.

Coni pərt olsa da qadına göz vurub irişdi. Onun bu hərəkəti Rayanın gözündən yayınardımı heç?! Ərinin ayağını basmaqla acığını çıxartdı.

Birdən haray düşdü ki, OMON gəlir. Coni canını qurtarmaqçün qaçmağa başladı. Rayanınsa ayaqlarını elə bil yapışqanla yerə yapışdırmışdılar. Artıq OMON, milis onunçün sanki sıravi müştəri idi. Daha dəqiq Raya onların müştərisi idi. Əl- ayaq,ürək əsmələri çoxdan geridə qalmışdı. Bu dəfə də zəhləsini tökən qırmızı burun OMON gəlmişdi. OMONun daxilində elə bil həmişə altmış dərəcə şaxta olur. Buz qanlı yenə də adəti üzrə sağ əlini sarı qulağına aparıb:

- Ваш документы!- dedi.

Raya üç yüz rublu pasportunun içində ona ötürdü. Amma bu dəfə o, pula baxıb, ağız-burnunu büzdü:

- Мало, мин рубль.

Raya az qaldı havalansın. Bu nə danışır,görəsən, hansı axmaq ona bu sözü öyrədib? Açıq- aşqar deyinə bilməsə də ürəyində verdiyi pul qədər- min dəfə onu qarğıdı. Amma bircə bunu deməsəydi, bəlkə də ürəyi partlardı. Pulu verə- verə üzünə təbəssüm yapışdırıb :

- Пожалуйста, haram xoşun olsun! – dedi.

- Чего?

- Ничего, по нашему это спасибо.

OMON sağollaşmadan o biri arverçilərin qanını içməyə getdi.

Conisə belə hallarda ya bazarın ayaq yolusuna cumar, ya da artekə gedib növbədə dayanmaqla canını qurtarardı.

Fikirləşır ki, onlara pul verməkdənsə, xərci rus qızlarına çəksə daha əla olar. Təbii belə kef məclislərindən Rayanın xəbəri olmazdı.

Səhərdən axşama kimi piştaxta arxasında quşbaz quşlarını səsləyən kimi , o da alıcılarını çağırırdı. “ Что вы желаете? “- bu kəlmə onun dilində elə kök salmışdı ki, hərdən mağazadan bir şey alanda çaşıb satıcıya da deyirdi.

Bu yorğunluğun, istirahətsizliyin əlamətiydimi, yoxsa vərdiş halına almış müraciətin? Hər halda buraya gələndən hələ bir dəfə də olsun evdə oturmamışdı.

Hər gün eyni şey təkrarlanırdı – vitrini sahmana salmaq, meyvələrin və müştərilərin nazıyla oynamaq, milislərin “ şıltaqlıqlarına göz yummaq, axşam da evdə sahibənin konsertini dinləmək.

Sahibə müğənni deyildi. Di gəl ki, çaştuşkadan tutmuş, klassik və müasir bəstəkarların əsərlərini bir- birinə qatıb oxumağı xoşlayır.

Yarı ayıq olanda oxumağına ara verib, özü- özüylə müsbahislər edər, əsasəndə Lermantovla Vısotskini qarşı- qarşıya qoyar ( nədisə onlardan yaman yanıqlıdı ), sonda özü də təngə gələrək,boş badəsini masaya çırpıb , “Хватить, оба мне надоели!!» - deyib, onu doldurardı. Hərdən də mətbəxə keçib pəncərədən göyərçinləri yemləyərdi. “ Kisya”, “ Kusaçik” Coni və Rayaının ondan yeganə eşitdikləri sözlər idi.

Bir gün gecənin bir aləmi otağa keçib, onları yuxudan ayıldır ki, vacib sözü var .

Coni hirsindən pələngə dönsə də, Raya onu sakitləşdirib, özünü qabağa verir :

- Что ты, Тамара?

- Кися… Кусачик…

- Иди…иди !!

Tamara divardan tuta-tuta işığı keçırıb otağına yollanır.

Yenə hənişəki səhərləri açıldı. Bazar, vitrin, tərəzi…

Meydanlar cürbəcürdü. Elə bazarın özü heç də döyüş, mitinq meydanlarından fərqlənmir. Həhəng “meydanda” hərə öz meydançasına çəkilib məharətini göstərir.

Bu “ alver döyüşündən” yalnız uğurla evə qayıtmaq, yeyib yatıb, yenidən “döyüşü”davam etdirmək. Başqa nə ola bilərdi ki ?!

Raya yerini rahatlayıb müştərilərini gözləyir. Hətta onların gəlmə vaxtını da əzbərdən bilirdi. Burda onun səbirsizliklə gözlədiyi bir vaxt da vardı. Saat 19.00.

Bu zaman o, ən yağlı müştərisinin xidmətində olurdu. Bir vaxtlar saat yeddi

Rayanın qonşusu Məlahətə zənq vurub, qeybət vaxtı idi. Araları dəyəndən sonrasa serial vaxtına keçdı. İndiysə burda Jenyanın yolunu gözləyir, hətta növbəsi olanda (nadir hallarda baş verirdi ) ayrı seçkilik edib onu birinci qəbul edərdi.

Jenya həm yağlı müştəri, həm də Coni demişkən “ şişka” idi. Düzdür, arığlığından adama elə gəlirdi ki, bu dəqiqə əynindən şalvarı düşəcək.

Amma tutduğu vəzifə şalvarını bərk-bərk əynində saxlayırdı.

Bir dəfə Raya marağını heç cürə gizlədə bilməyib, Jenyadan onun harada işlədiyini soruşanda o, özündən razı- reazı cavab verir ki, deportasiya işlərinə baxır.

Raya özünü danlayır, niyə ondan bunu soruşdu. Nəyinə lazimdı?. Birdən şantaj etsə necə olar. Bir yandan da fikirləşdi ki, elə yaxşı oldu soruşdu.

Birdən allah eləməmiş onları deportasiya etmək istəsələr Jenya onlara bəd ayaqda kömək edər.

Axı müştəriləridir. Onu növbəsiz qəbul edir, ən yaxşı meyvələri seçib ona satır. Beləcə, hər günün yeddisi Rayanın sevinc vaxtı idi…

… Saatlar da keçdi, həftələr də , aylar da.. Raya elə işləyir, işləyirdi.

Conisə həm işləyir, həm də gəzirdi.Gəzib, dolanıb şəhərin gözəlliyindən ürək rahatlıı yox, şəhərin gözəllərindən könül rahatlığı tapırdı. Hətta özünü növcavan yerinə qoyub, ərköyünlük də edirdi.

Beləki, İranı, Lenanı intizarda qoyub, Tanyanın yanına qaçar, hər üç rəfiqəni bir- birinə qarşı qoymaqdan həzz alardı.

Bir dəfə “ dəli şeytan” yenə də yeni təklifiylə başına təşrif buyurmuşdu.

Buyururdu ki, İranı, Lenanı bir müddət də həsrətdə qoysun. Sonra onlara elan etsin ki, Tanyayla evlənir. Belə də edir. Bir gün yaxşıca vurub Tanyanın hüzuruna təşrif buyurur.

Ağzı söz tutmasa da Tanyanın ağuşündaca İraya zəng vurub, bəyan edir ki, Tanyayla evlənir.

Tanya xəbərdən şaşırıb qalır.Bilmədi sevinsin, ya hirslənsin. Coninin qucağından düşüb üzünə- gözünün düz içinə baxır, sonra yenidən uşaq kimi qucağına atdanıb inək balasını yalayan kimi yalamağa başlayır.

İrasa bu arada Lenaya zənq vurub xəbəri ona çatdırdı. Lena keyfini pozmadan :

- Не переживай, сейчас я ему покажу кто мы на самом деле.- deyib Jenyaya zənq edir. Bəli, həmin o Jenya ki, saat yeddidə Rasimə onun gəlişini gözləyir. İndisə lena Jenyadan xahiş edir ki, Conini buradan qovsun.

Coni Tanyayla kef məclisində, Raya həyəcan içində qulağı səsdə, Tamarasa hər on dəqiqədən bir qapıdan boylanıb Rayaya “ kusaçik “ deyib gedir…

Raya səhərəcən Conini gözlədi. Hara getsin, dərdini kimə desin. Bazarın yolundan başqa haranı tanıyırdı ki?! Conisə səhər üzü gəlib, dinməz söyləməz özünü dıvana atıb, xoruldamağa başladı. Raya da halsız olduğundan heçnə soruşa bilmədi…

… Raya gözlərini açanda saata baxıb “vay deyib əlini başına atdı.

- Cavanşir ayıl! Bilirsən saat neçədir?

Coni yuxusunu yarımçıq saxlayıb onu tərk etdi. Yuxusunda Lenanı görürdü- əlində ilan boynuna salır.

Gərnişə- gərnişə:

- Saat neçədi?

- İki..Gecə hardaydın? Qorxudan birtəhər olmuşdum. Dedim yəqin avariya düşmüsən.

- Allah eləməsin!!QAİ-lər saxladı. Maşını yoxladılar. Gördüm ikiyə qalır. Körpüyə çata bilmədim..Gözlədim saat altı olsun ki, körpü bağlansın, evə gəlim..

- Mən də ürəyimi yeyirdim… Heç olmasa xoltura edə bildinmi?

Coni başıyla təsdiqlədi. Bəli, o, xoltura edirdi. Lena, Ira, Tanyanın arasında?!
Bazara- “ alver döyüşünə” yollandılar.

- Ay , Cavanşir, saat yeddi gəlsəydi Jenya yaxşıca bizə xeyir verərdi…Zalımın oğlu pula pul demir.Hər gün bu qədər şeymi almaq olar?

- Yəqin lyubovnikləri olmamış olmaz..

- Bizə nə ! Təki malımız getsin.

Saat yeddi oldu. Jenya gəlib çıxmadı. Raya o yan bu yana boylandı ki, bəlkə bu dəfə başqasından alır. Gözə dəymədi. Yəqin işi çıxıb, gələr indilərdə- deyə özünə təsəlli verdi.

Nəhayət, Jenya gəldi. Rayanın keyfı kökəldi.

- Добрый вечер! Как вы?

- Да ни как! Сегодня не буду покупать.

Rasimə özünü sındırmadı.

- Где ваш муж?

- Что случилась?

Jenyanın gülərüzündən əsər-əlamət görməyən Rayanın getdikcə ürəyi döyünməyə başladı. Coni Jenyanı görüncə sevindi, əl uzatdı ki, salamlaşsın.Jenya buna məhəl qoymadan, o dəqiqə mətləbə keçdi.

- Дай документы !

Coni dinməz - söyləməz əl atdı cibinə, pasportunu çıxarıb Jenyaya uzatdı. Bundan Rayanın gözləri bərəlsə də, Coni əksinə təşvişə düşmədi. Fikirləşdi ki, yəgin çox pul istəməzlər. Ancaq ağlına gətirməzdi ki…

- Знаеш, сейчас ребята придут и тебя забирут. А документы у меня остается..

- За что? Сколько хочеш?

- Ни сколько, сволоч !! Кто я , ты эта понемаеш? Конца недели тебя и твою жену проважаем домой !!

Rayanın əli –ayağı əsməyə başladı.

- За что?

- Спроси у мужа. Что ночью творил.. Из за эта …

Coninin üstünə elə bil alov püskürdülər. “ Bir dəlı şeytan deyir, sal qoduğu təpiyinin altına..Yox!! Day səni eşıdən deyiləm..Ay allah özün mənə kömək ol!! “-Coni yaman pörtmüşdü. Rayasa Jenyaya yalvarır, dil tökür ki, fikrindən əl çəksin. Jenyanın elə bil qulağı tutulmuşdu, eşitmək istəmirdi. .

Conini apardılar. Rasimə bir əliylə gözünün yaşını silir, bir əliylə də “ döyüş meydançasını “ bağlayırdı.

Conini səhəri gün buraxdılar. Yuxusuzluqdan, bəlkə də ağlamaqdan gözləri şişmişdi.

- Hazırlaş, evə gedirik.

- Necə yəni evə? Sən nə hoqqa çıxartmısan ki, deportasiya edirlər, hə?- Rayanın səsi evı bürüdü.

- Heç nə eləməmişəm. Gözünə girirdik qurumsağın..

- Yox, sən məndən nəsə gizlədirsən.

- Ay qız, dedim, heç nə olmayıb- deyib Coni çoxdan ucaltmadığı gur səsini çıxartdı.
Bazara gəlib meyvələri dəyər-dəyməzinə satdılar. Yerlərini təhvil verib, yol tədarükünə hazırlaşdılar.

Rasımə:

- Maşını orda qoymusan?

Coni dərsindən iki alan məktəbli kimi başını aşağı salıb:

- Yox…əlmdən aldılar…

Rayanı elə bil tok vurdu.

- Necə yəni aldılar?

- Nə bilim, dedilər açarı da ver!

Raya Jenyanı qarğışlayır, Conisə ürəyində Lenanı, İranı, Tanyanı söyürdü.
Bilet alıb evlərinə döndülər. Sözləşdilər ki, deportasiya olunduqlarını heç kəsə deməsinlər. Sadəcə, darıxıb gəliblər.Buranın yerini heç nə vermir deyib, veriləcək suallara nöqtə qoyurdular.

İndi Rasimə telefonla qonşusu Mehribanla danıişır.Mehriban bu neçə ayda rayonda nə baş veribsə yerli-yerində Rasiməyə çatdırır,Rasimə də “yo mayo”, “niçeqo sebe” deyə-deyə müdaxilə edirdi.

Cavanşirsə təzə maşın alıb,xalturayla məşğul olmağa başladı.Yol boyu müştərilərinə Sankt-Peterburqda gördüklərini danışmaqdan yorulmazdı.- Alver öz yerində, amma Ermitaja söz ola bilməzdi-deyib gözünün qabağına Tanya gələrdi-Aləm idi…Hələ Peterqorfu demirəm, mmm…

Baxdıqca gözün gözəllikdən istirahət edirdi.-İranın göy gözlərini xatırlayardı.-Di gəl,havasi o qədər pis idi ki,nə yağışına düş,nə də istisinə…

bizimki.org
XS
SM
MD
LG