Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:20

Sərxoş X (Şeirlər)















Mətləb MUXTAROV


Polkovnikimə ithafən
(Qerineldo Markesdən Aureliano Buendiyaya)

+Sən hardan biləsən,
tətiyi çəkən anda güllənin əziyyətini.
Ayağını yerə vurarkən bərkdən
Tapdalayırsan yerin qeyrətini.
Düz deyilmi?
Bir dəqiqə öncə yetim olmuş körpənin gözlərini.
Üzü divara dayanmışların bağlı əllərini,
sən görməmişdin.
Silahında gizlənib minlərlə ölü.
Bığında gizlənib aciz uşaqlıq.
Daha yata bilmir gecələr ulduzların.
Silə bilmirəm onları.
İtib parlaqlıqları.
Sən hardan biləsən,
güllənin səsindəki tənhalığı.
Axı onu tuşlamısan günahsızlara.
Güllə sevmir qatilləri,
bəlkə də o vurğundur silahsızlara.
Sevişir onların bədənləriylə.
Əmrinizə hazıram, cənab polkovnik.
Min il sonra məni qəbirdən oyatsaz da,
yenə əlimi qaşıma paralel gətirib.
Qeyri-ixtiyarı "Oldu" deyəcəm.
Əmrinizi yerinə yetirib,
sıra addımlarıyla qəbrə gedəcəm.
Əmrinizə hazıram,cənab polkovnik


Sən və Mən
(Bir ayrılıq şeiri...)

Sən Çaldıran düzündə vuruşarkən,
Mən nağıl deyirdim Şəhrizada.
+Gedirəm min beş yüz on dördə,
İçimdə suallar,tənha,piyada.
İsmayıla bir iki sualım
və təklifim.
Sən Türkmən çaya imza atarkən,
Cənubu farslara,
şimalı ruslara satarkən.
Mən şahmat oynuyurdum Müqəddəs Yelenada.
Gedirem min səkkiz yüz iyirmi səkkizə.
İçimdə suallar, tənha, piyada.
Şahımı Qriboyedov mat qoymuşdu.
Sən şərqdə respublika yaradarkən,
yəni bir ilkə imza atarkən.
Mən qəlbimin səsiylə,
ucuz rayon fahişəsi ilə,
kef edirdim 28 mayda.
Gedirəm min doqquz yüz on səkkizə.
İçimdə suallar,tənha,piyada.
İki il sonra qonşum məni öldürəcəkdi.
Sən Sibir çöllərində azarkən,
Qələminlə özünə qəbir qazarkən.
Mən partiya iclasında,
sənin ölümünə qol çəkmək üçün,
dayanmışdım ilk sırada.
Gedirəm min doqquz yüz otuz yeddiyə.
İçimdə suallar,tənha,piyada.
Geciksəm bağışla.
Sən ikinci dəfə həyata gələrkən,
Sonra dırnağ arası " dirçələrkən",
Yanvarda qərənfillər şəhərində,
Fevralda soyuq dağ kəndinə ölərkən.
Mən bədənimi bölürdüm hissələrə,
Bu mənim,bu sənin,bu da onun...
Bumudur sonun???
Bundan gözəl sual yoxdur dünyada.
Heç bilmirəm keçmişə niyə gedirəm,
içi mdə suallar, tənha, piyada...
Bizə nə oldu sevgilim???


Sərxoş X

Balıqlar susur.
Bu arada,
məndən bir az aralıda,
qonşumuz sərxoş X qusur.
Köhnə balığı arağla,
Qeyrəti papağla qarışdırıb,
kokteyl düzəldən babalarımızdan barmen hiyləsi.
Tanrı şilləsi.
Və X ayılır.
Artıq məndəndir.
X mənə baxıb əlinin orta barmağıyla,
yəni hansısa yerinin ortağıyla,
Hədələyərək: "Çəkmə gözlərinin kamerasına məni" deyir.
Əslində pox yeyir.
Azad fikir, Azad mətbuat.
Bağışla X, qələt edirəm.
Cibimdən bir parça çıxardıb qusmağı silirəm.
Orta barmağına:
"Tüpürüm bütün azadlıqlara, insan kölədir" deyirəm.
Oda gülərək: "Nə tez təslim oldun ?"
İçimdən gülmək,
sonra ölmək.
Bir neçə ildən sonra öldürmək gəlir.
Amma X artıq yox idi.


WWW-suz

(adları şəhərimin divarlarına əbədi həkk olunmuş saytlara xoş sevgilərimlə)

Wap.həyat.com
Wap.pisgündəyik.biz
Wap.Bakı.com
Wap.Şəki.com
Wap.şəhərlər.biz
Wap.onların.com
Wap.pul.az
Wap.keçir.az
Wap.yenioğraş.az
Wap.seçir.az
Wap.neft.az
Wap.kef.az
Wap.dəf(kimi).az
Wap.məhv.az
Wap.biz.com
Wap.siz.com
Wap.ürəyimsənn.siz
Şəkilçi ahəngi pozur, neynirsiz???
Wap.gic.siz???
Wap.canım.az
Wap.gedib.az
Wap.cəhənnəmə.ki
Wap.hələki.biz
Wap.bekar.biz
Wap.xiyar.biz
Wap.həyat-in.az
Wap.fahişə.az
Wap.həmişə.siz
Belə gedəcəksiniz+
Wap.sünni.siz
Wap.şiə.siz
Wap.niyə.siz
Insanları bölürsüz???
Wap.sevgi.com
Wap.vergi.com
Wap.gərgin.az
Wap.vəziyyət.az
Wap.meyxana.biz
Wap.toyxana.biz
Wap.birsəs.com
Wap.sms.com
Wap.çayxana.az
Wap.qəmxana.az
Wap.nərdtaxta.siz
Günü yola verirsiz+
Wap.qarabağ.net
Wap.səninəm.net
Wap.qayidacaq.net
Wap.andiçirəm.net
Wap.qoyun.biz???
Wap.oyun.siz
Wap.yuxu.siz
Wap.qorxu.biz
Wap.ölü.biz
Wap.diri.siz
vardır bir fərqimiz
Wap.sualverim.tap
Wap, Wap, Wap
Tap, tap, tap
XS
SM
MD
LG