Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:38

Əli Kərim. Sanki


Sanki kədər mənim yox.
Mən kədərinki idim.
Neçə gündü edirdi
Bağrımı didim-didim.
Ürəyim söylədi ki,
sahibi ol bunun sən
Axı bircə sənə yox
dostlara da toxunur.
Onların şad gününü
birdən yasa döndərir.
Gözlərə yağış səpir.
boğazlara tıxanır,
Gələcəyi, keçmişi,
iradəni, ümidi,
düşmənin nifrətini
yığdım bir qoşun etdim,
Mən onu qəlpə-qəlpə
hər gün çapdım, azltdım.
Mən onu nəfəsimlə
gilə-gilə əritdim,
O təslim olmayırdı
son zərrəsinə qədər
Son zərrəsi də qəlbə
sancıldı iynə kimi.
Aldım onun əlindən
həyatımı,
dostları,
Bir də bu gün yazdığım
Həmin yeni şeirimi.
XS
SM
MD
LG