Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:51

Əli Kərim. Həmişə səfərdə


Qatarlar dayananda,
Təyyarələr enəndə,
Məncə, bitməyir səfər
Səfərdəsən yenə də.
İnsan dünyaya bənzər -
Səfərdədir əbədi.
Məncə oturubsa da
Bir daşın üzərində.
Mənalı bir kitabı
Varaqlayırsa əgər,
Gözəl bir səfərdədir.
Yuxulayanda hər axşam.
Yuxusu körpüdürsə
Günlə gün arasında -
Səfərdədir o adam...
Hətta məzardadırsa,
Xatirəsi dostlara
Bir təpə aşmaq üçün
Qüvvə verirsə əgər,
O yenə səfərdədir.
Mənzilə çox var hələ...
Səfərdədir
yol gedir...
XS
SM
MD
LG