Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:50

Musa Yaqub. Gedir


Başında qızıl taclar
Verib budaq-budağa
Payıza gedir ağaclar.

Həzin axşam yelində,
Arı yükü belində,
Tacında kəpənəklər
Payıza gedir çiçəklər.

Arxda düşüb qabağa
Xəzəllər payıza gedir.
Gizlində də görünür
Qırış düşüb ağ buxağa;
Bir az sallaq buxaqla,
Bir az solğun yanaqla
Gül barmaqlar, gül əllər –
Gözəllər payıza gedir.

Həkim dedi yaşdandı –
Divarında çapıqlar
Qulaqcığı yapıqlar –
Payıza gedir ürəyim.

Neçə-neçə can gedir,
Qovulan, qaçan da var
Payıza gəlir buludlar,
Quşlar payızdan gedir.

Sentyabr, 2010 Buynuz
XS
SM
MD
LG