Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:36

Leyli Kəhali. Açdığım hər kitabın arasından gözlərin baxır


Tehranda yaşayan azərbaycanlı şairədən şeirlər

-
Arazın o tayından


Leyli Kəhali

(Tehran)


ŞEİRLƏR


***


Əllərin göyərir,
Açdığım hər kitabın arasından
Gözlərin baxır!
Mümkündürsə vucud*,
Mümkündürsə ədəm**,
Nəysə “SƏNizm”ə
Düçar edir
Bu fəlsəfələr məni!
Yoxsa,
Kitabları atıb,
Mədrəsədən qaçacağdım.
Heçdən boşalıb,
Heçə dolacağdım.
Şuhuduma keçməsəydin***.
Qarşımda durub mənə baxmasaydın.
Yaxmasaydın ürəyimi.
Əllərimlə yaxacağdım düşüncələrimi.
İndi varlığıma görə,
Vacibdirsə vucud.
Sən axı,
Ədəmdən doğursan məni.
“Nehilizm”ə qarşı,
Sevirəm
səni !



***



“Sən” deyib,

Yığıram göyərçinləri

Diz üstə gəlirəm.

Can üstəliyi.

Pəncərəndən qıfıllanir ürəyim,

Bir baxış düşgünü.

Aç pəncərənı!

Əssəlamu əla...

Adın sırdır.

Min ikinci addır.

Qutsaldır yanı.

Qorxuram çağıram səsim batsın.

Qoy səssiz dayanım.

Qoy səsim batsın!


Bu qapıdan dönmək sanma rahətdir.

Hərdən hayat ölümdən ibarətdir.

Yazıram,

Dən olur,

Dəftərim dolur.

Başında dolanır göyərçinlərim.

Açma pəncərəni.

O dəxilləri.

Hərəm qapısından,

Öpürəm
səni...


____________

*vücudmövcudluq, varlıq
**ədəm heçlik
***Şühuduma keçməsəydinsəni görməsəydim, qarşıma çıxmasaydın
XS
SM
MD
LG