Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:34

Fərid Hüseyn. Məndən qəhrəman olmaz


-

MƏNDƏN QƏHRƏMAN OLMAZ

Bəlkə də insanlar ağlamırlar,
insanlar ağlayanda axtarırlar
özlərini, itirdiklərini
göz yaşının küçələrində.
Dostlar tost deyəndə Allahı çağırırdılar.
"Allah janımızı sağ eləsin"
Arağın haramı ilə Allahın halallarının təzadını gördüm süfrəmdə,
arzuların saxtalığını anladım.
Sən içəndə daha çox yadıma düşürsən,
Sevəndə və sərxoş olanda ağlımız başımızda olmur.
İçib sonra qusan dostuma xəstəliyinin adını deyə bilməyəndə
Anladım ki, yumruğum
qəzəbimin ifadəsi deyil.
Məndən qəhrəman olmaz.
Avtomobil yollarından,
qatar relslərindən,
havadakı təyyarələrdən
umajağım yox,
Heç biri məni məndən apara bilməz,
Nə də səndən.
İlk sevdiyim,
ilk şeirim,
ümumən, həyatımdakı ilklər daim maraqlı,
sonları düşünmək də istəmirəm,
məndən qəhrəman olmaz.
Ayağım ağrısını unutmur,
ürəyim səni,
Hərdən evlənmək haqqında düşünürəm,
Evlənmək ev olmaqdı,
Evlənmək həyatı birləşdirir deyirlər,
əslində evlənmək ömrü parçalayır,
qadına uşağa, evə və s...
sevgininin vahidliyi belə yoxmuş... Eh...
Tüpürjəyini udanlar jəsarətsiz adamlardı,
tüpürmək iyrənməkdən qurtulmaqdı
Həyatda iyrəndiklərimə tüpürə bilmədim bəzən
məndən qəhrəman olmaz.

"Ulduz"
XS
SM
MD
LG