Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:40

Türkan Urmulu. Artıq yaşaram mən...


-

Nə əsrinizin filosofunun
ən yeni kitabını sunun
mənim bu qorxunc yanlızlığıma!
Nə də rəngli qədəhlərlə şaqqıldayan
Təntənəli bir eyləncəyə çağırın
Yorulmuşam
Həm bütün dərin görünən anlamları anlamaqdan
Həm də anlamsızlıqlara anlam verməyə çalışan
Bom boş ışıltılardan
Özləmişəm yanlız
Genə şairliyim ön pilanda
Məni sevən varsa aranızda
Bir baxış gözlərindən günəş gətirin lütfən
Bir sətir də yağış
Səsindən
Sözlərindən
Bir toxunuş da torpaq
əllərindən
Möhtəşəm yetər
Artıq yaşaram mən ...
XS
SM
MD
LG