Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:31

Ülkər Ucqar. Doğum günündə özümə ithaf


-

doğum günündə özümə ithaf

məni xəstəxanada bir kişidən aldılar
səhər saat dörd
qarlamışammış
“Allah əlinizdə-ovcunuzda” saxlasın!
və əllərində
ovuclarında qaldım
suyu qılınclayan olmadı
başım üstə dəmir qoyan...

anam belə zadlara inanmazdı
və adamı bir qarış yerə qoyacaqlar
halarvadının da heç işi olmadı, insafən!

məni xəstəxanada bir kişidən aldılar
demişdi: “incitsə, qaytara bilərsiz”
neçə dönə qaytarmaq istədiklərinə rəğmən
qaytarmadılar, sağ olsunlar

və “az getdi, uz getdi
bu qədər yol getdi”
mən böyüdüm
və hər nə yolunda
vaxtında
ilk yalanımı dedim atama,
vaxtında
dayıqızımın kiçilən donlarını geydim
(bayramdan-bayrama)
vaxtında
bacımla savaşanda
mən əvvəl ağlasam, kötək onundur bildim,
vaxtında anamın
sürmə qabının necə açılacağını tapdım,
mədrəsədə uşaqların
həsrətlə baxması vaxtında vuruldum
Məqbərətül-şüərada
bir oğlan mənə baxanda qızardım,
sonralar o oğlan ərim çıxdı
vaxtında at kimi sevdim
və bir cüt fayton atı
Baxtinin teorilərini yurtdular*
o il
vaxtında biri tapılıb, sevdi sevdiyimi
çox da sevirdi kişinin qızı...
və çox da yer bilən kişinin qızı
və çox da gözəl
və sən də
vaxtında gec gəldin
saat kimi işləyirdi qızlığım
hər nə vaxtında...

__________
* yurtmaq – ayaqdan salmaq
XS
SM
MD
LG