Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:30

Ülkər Ucqar. Əsgərlər


-

Əsgərlər

məni yağışda yola salma
doğru-düzgün qız deyiləm ki mən
anam
darıxdığı bir axşam
palçıqdan yapıb məni

məni yağışda yola salma
son dönə “öpdüm” deyəndə,
dodaqlarında
torpaq quxusu qalar.

bir çətir altından çıxıb getmək:
səndə qalsın, mənə çətir lazım olmaz!
əsgərlər çəkəmələrini yağış altında çəkərlər
əsgərlərə çətir lazım olmaz
hər əsgərdən bir tüfəng qalar
bir qız
bir torpaq qoxusu
bir açılmamış çətir

mən əsgərləri unuduram
tüfəngləri unuduram
savaşları unudaram
ancaq çətirləri yox...
məni yağışda yola salma!
XS
SM
MD
LG