Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:30

Bəsti Əlibəyli. Diş ağrısı verən alatoran baxışlardan uzaqda


-

Diş ağrısı verən
alatoran baxışlardan uzaqda
köynək kimi yaxın
və nəşə doyumlu bir gecə varıydı.
O gecənin alınmaz qalası
bir himəbənd, yarıaçıq qapıydı...
Nəşə doyumlu gecənin başını
qızdırılmış boyat çörəklə qatdılar,
Sahilə yan alan gəmilər kimi
arzu dənizinə lövbər atdılar.
Sonra göylərdən
bir tabaq ulduz yığdılar adama,
nə ki var,
güldülər, güldülər Adəmə.


...Diş ağrısı verən
alatoran baxışlardan uzaqda
zəmzəm kimi duru
səhər açılırdı.
Adəm eşqin xumarında,
Günəş buludlar qoynunda
yatıb qalmışdı.
Yer üzündəki nəşə dolu qalada
o himəbənd qapı
elə yarıaçıq qalmışdı...
XS
SM
MD
LG