Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:27

Əlisəmid Kür. Gecələr sən yatandan sonra


-






Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.

Ürəyim atlanır varağın üstə
Sənə xəyanətim - yuxusuz gecə
İndi bax, indi bax,
Məni silkələyən səs qoşulub
Unudub özümü çıxıb gedəcəm.

Gecələri yatmadığım günlər artır –
Sözlərim bir yandan.
Hansı misram oyaq deyilsə,
Yatır mənim əvəzimə.

Üstü açıq yatır narahat sözlər,
Səksənib ayılsan
Üstünü örtərsən misralarımın..

Gecələr sən yatandan sonra
Öpürəm alnından,
Keçirəm yan otağa –
Bir ağ varağa yoldaş olmağa.
XS
SM
MD
LG