Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:31

Futbol, island tənhalığınının dərmanı kimi


Yazar Ülvi Babasoy.
Yazar Ülvi Babasoy.

-

"Futbol prezindenti darıxmaqdan xilas etdi. Orda hamı eyni statusu paylaşdı. Azarkeşlik. Hər növ məsafə və sərhədlər pozuldu. Eynilə ədəbiyyatın yaratdığı yalan və dadlı illüziyaların inandırıcılığı kimi".

Ülvi Babasoy

Sığınacaq axtaran qızcığaz, futbol və darıxan prezident


Buzlaşmış tənhalıqlar ölkəsində çox qəribə hadisə baş verir. “Balaca qız
başından görünməz bir zəhər fışqırdır. Otaqları, insanları, heyvanları və havanı zəhərləyir”. Hər yeri zəhərə bulayan qızcığaz evdən qaçır. O, zəhərsiz, dinc sığınacaq axtarır.

İslandiyada "Sumardagurinn" (Baharın ilk günü) bayramı.
İslandiyada "Sumardagurinn" (Baharın ilk günü) bayramı.

Həmin vaxt İslandiyaya bahar gəlib. Uzun qış gecələri bitib. Buzlar ölkəsinin mənfi sıfır dərəcədən azad olduğu gündür. Aprelin biridir. Bu gün islandların müqəddəs bayramıdır. Günəş də gəlib. Canları biraz da olsa qızınıb.
Günəşin gəlişi yalqızlarçün iki qat bayramdır. Ən azından bədənləri isinir.
Ruhları buz bağlasa da… “Sumardaqurinin bayramı” bizim “Novruz”a oxşayır.
Ancaq onlar evə yığılmırlar , bayırda qarşılayırlar yazın gəlişini...
Cütlüklər səmanın altında sevişirlər. Qəfildən göy qübbə qaralır. Yer üzü
islanır. Elə bu an qızcığazın gözü bədənləri ilə qadınların üstünü örtən kişilərə
sataşır. O elə bilir ki, kişilər qadınları yağışdan qorumaq üçün belə edirlər.
Qadınlar və kişilər öz əməllərindən qalmırlar. Su və torpağa qarışırlar.

İslandiya yazıçısı Guðbergur Bergsson
İslandiya yazıçısı Guðbergur Bergsson

Guðbergur Bergsson​ “Qu quşu” romanında doqquz, on səkkkiz və digər yaş qruplarından olan insanların tənhalığından yazır. Doqquzdan doxsan doqquza qədər hər kəs var burda. Hər yaş dövründə fərqli düşünmək və yaşamaq təbiidir.

Ancaq elə şeylər var ki, hər yaşdan və başdan insanı birləşdirir. Ovsunlayır hər kəsi. Futbol belədir. Ədəbiyyat da, futbol da zövq işidir. Yaxşı bir bədii mətn gözəllik duyumu yaradır. Baxımlı futbol zövq aşılayır, əyləndirir. Bir neçə dəqiqəlik də olsa dərdləri unutdurur.
Avropa çempionatında İslandiya millisi zövq oxşadı. Qrupdan bir qələbə, iki
bərabərliklə çıxdı. Səkkizdə bir finalda İngiltərə yığmasına qalib gəldi. Dörddə bir finalda Fransa yığması ilə qarşılaşdı və yarım finala fransızlar çıxdı. Halbuki, İslandiya qrupunun autsayderi sayılırdı. Halbuki, İslandiya əhalisinin sayı qədər İngiltərənin peşəkar futbolçusu var. Halbuki, İslandiyanın çempionatda ilk iştirakıydı. Nə isə. Bunlar o qədər də vacib deyil.
“Qu quşu” romanında maraqlı və məhzun bir səhnə var: “Durbinlə uzaqlara,
durbinlə baxan başqalarına baxırlar”. Tənhalığın son həddi. Yalqızlığın İslandiya adı. Futbol darıxmağı, təkliyi unutdurdu. Futbol bütün island xalqını birləşdirdi.
Fransa ilə oyunun sonunda təkcə İslandiya azarkeşləri yox, bütün stadion
futbolçuları alqışladı. İslandiya prezidenti belə, əhaliyə qarışdı. Oyunu VİP
tribunadan deyil, sıravi, sadə həmvətənləriylə birgə izlədi. Yəni, lüks və komfortun bezdirici, yeknəsəq, tənha atmosferindən prezident də yaxa qurtardı. Futbol onu dadarıxmaqdan xilas etdi. Orda hamı eyni statusu paylaşdı. Azarkeşlik. Hər növ məsafə və sərhədlər pozuldu. Eynilə ədəbiyyatın yaratdığı yalan və dadlı illüziyaların inandırıcılığı kimi. Yeriyən, danışan, silkələyən ideyalar kimi. Ətrafa gözəl qoxu və rəng saçan gözəllik duyumutək. Futbolun ədəbiyyatı yarandı.
Bergsson böyük ədəbiyyata daxil olan bir ovuc island xalqı nəhəng futbol
arenasında da baxımlı futbol nümayiş etdirdi. Həyatın fərqli və mürəkkəb yaş
dövrləri birləşdi. Bu, fikir və zövqlərin də bərabərliyi idi. Darıxmadılar.
Tənhalaşmadılar.
Deyirəm, gün o gün olsun ki, biz də yaşayaq hər yaşı və başı birləşdirən o
anları. Yaşayaq və zövq alaq.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG