Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:01

Üzeyir bəy Hacıbəyli. Әlfitnətü naimün lənəllahu eyqəzüha...


Fitnә yatıbdır, allah lәnәt elәsin onu oyadana! Nә gözәl söz, nә gözәl qarğış!

Bu gün aramızda fitnәyә provakasiya vә fitnәçiyә dә provakator deyilir.

Çox heyiflәr olsun ki, bizim içimiz belә fitnәçi vә provakatorlardan tәmiz deyildir! Vә biz indiyә qәdәr ara qarışdıran vә bu kәlәklә bulanlıq suda balıq tutmaq istәyәn adamlara səbr edirik vә hәtta o cürә fitnәçilәrin sözlәrinә inanıb, onlara tövlanırıq vә әllәrindә oyun-oyuncaq oluruq.

Hәr bir fitnәçinin әlindә bir alәt olur.

Rus fitnәçilәri yәhudilәri qırdırıb, mal vә dövlәtlәrini qarәt etmәk üçün padşahın adını alәti-fitnә qayırıb, "ay yәhudilәr padşahı istәmirlәr"--deyib safdәrun rusları iğva edirdilәr vә yazıq yәhudilәrin üstünә qısqırdırdılar.

Aya bizim fitnәçi vә provakatorların alәti-fitnәsi nәdir?

Bizim fitnәçilәrin dә alәti fitnәsi-dindir!

Fitnәçilәrin hayasızlıqlarına bax ki, rifah vә sәadәt sәlamәti-insaniyyәt olan dini-Mәhәmmәdi alәti-fitnә vә fәsad qayırıb, әfradi-millәt arasına nifaq vә şәqq salırlar. Vә biz dә bu cürә hәyasızlığa sәbr vә tәhәmmül edirik. Әcaba bu fitnәçilәrin mәqsәdi nәdir?

Bu fitnәçilәrin mәqsәdi iki şeydir: ya qәrәzi-şәxsi vә ya inki "ay camaat, mәn dә varam!"

Yәni nәdәn isә xoşuna gәlmәyәn bir adamı xalq nәzәrindәn salmaq vә ya inki özünü meydana atıb yalançı pәhlivanlıq etmәk mәqsәdi-xәbisanәsi ilә bu müfәttin vә provakatorların meydana atılıb, sadәlövh vә safdәrun müsәlmanları toplayırlar vә iş-güclәrindәn qoyurlar.

Bu adamlığa layiq olmayan fitnәçilәrә deyirlәr ki, "biz dini-islamı qoruyuruq". Bәdbәxtlәr, dәxi bundan bixәbәrdirlәr ki, haman fitnә vә fasadın özü dini-islama müğayirdir.

Bu cürә alçaqlara deyilmәlidir ki, әvvәlәn, dini-islamı әlә salmayın, o din siz kimi mәnbәi-fәsarlara möhtac ola bilmәz vә saniyәn, qoysanızmı ki, bu yazıq camaat öz iş-gücünә, öz kәsbi-karına mәşğul olsun?! Nә üçün bu yazıq millәt bir qәdәm qabağa qoyanda, iki qәdәm geri çәkilsin?....

Amma camaatımız içindә dә o qәdәr safdәrun vә sadәlövhlәr var ki, işi tәhqiq etmәmiş hәr bir fitnә vә fәsada sözlәrә inanırlar vә özlәrini dә provakatorların әlindә oyun-oyuncaq qayırırlar....

Çox tәәssüflәr olsun!... Xalq nә hayda, biz nә hayda!... Tfu!...
XS
SM
MD
LG