Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:52

Üzeyir bəy Hacıbəyli. Monoloq, ya müsəlmanca həsb-hal


Deyirlәr ki, allah adamı bәdbәxt elәmәk istәyәndә, әvvәlcә ağlını alar, ondan sonra elәr. İndi hansı dili dinc durmayanın cürәti var desin ki, bu yalandır?!

Bu bәdbәxtlik ki, bütün Rusiyәti basıbdır. Hamısı nәyin ucundandır?! Onun ucundandır ki, Rusiyәt adamlarının ağlını allah alıb, olublar hamısı dәli. Dәlidәn dә nә gözlәmәk olar? Dәli hәrәkәtlәr, dәli işlәr dәli sözlәr vә dәli-dәli әmәllәr!

Zalım oğlu zalım, evindә rahatca oturub arvad-uşağı ilә keyfi gәlәndә zarafat elәdiyi yerdә, birdәn-birә dәli kimi durub (qudurğanlığa bax, ha!) hökumәtdәn azadlıq istәyir!

İndi ona demәk gәrәk ki, ay mürtәd balası mürtәd, indiyәcәn sәn dustaq idin ki, indi dәli kimi durub azadlıq istәyirsәn?! Sәni ki, tutub qazamata salmamışdılar? Qolunu bağlayıb ayağına qandalaq vurmuşdular? Öz xarabanda rahat oturub, yaxşı-yaxşı kasıblığını elәyirdin, hökumәtin dә sәninlә heç bir işi-gücü yox idi. Bәs sәnә nә dәrd gәldi ki, dәli-divanә kimi adamları başına yığıb, hökumәtlә hökumәtlik elәmәyә başladın?!

B i r z a m a n d a n s o n r a.

Sәn bnr iranlılara bax!... Nә qayırım, әlacım ola, ya, vәzir mәn olam, onda görәrsәn ki, bunlara nә toy tutaram!... Mәn bilirdim ki, bu hәmşәrilәrdәn axırda bir xata çıxacaqdır, çünki onlar bir naşükür, bir çörәyi dizindә, bir nәmәkbәharam tayfadır ki, özlәri kimisi yoxdur! Әşi, iranlı bir hambalın birisinә deyirsәn ki, qoçaq, bu arpa çuvalını göür, buradan ora qoy. Çuval gәlәr cәmisi dörd put ya beş put. Burdan ora da olar cәmi cümlәtanı yarım verst. Bәli, aparır qoyur. Çıxardırsan ki, üç qәpik pul verәsәn, bir dә görürsәn ki, ağzını-burnunu qırışdırır. Nәdir? Üç qәpik azdır. Onda elә bil dәli şeytan deyir ki, gir evә, әlinә bir odun al, çıx, vur bunun tәpәsi qarpız kimi ayrılıb, ağzı-burnu qanla dolsun. Sonra fikir elәyib deyirsәn ki, lәnәt sәnә şeytan, dayna!

Mәn elә o vaxt deyirdim ki, hәrgah bu hәmşәrilәrә bir qәdәr xod verәsәn, haman saat sıçrayıb minәrlәr sәnin tәpәnә! Necә ki, demişdim, hәlә elә dә oldu.

İndi bu saat İranın o vәzirlәri, o cәlal vә şövkәt sahiblәri ki, bir adam onların ayağına durmasaydı, iki parça elәyib şәhәrin qapısından asdırardılar, haman hәmşәrilәrin әlindә mum kimi olub, "bәli-bәli" deyirlәr. O vәzir ki, onun yanında indiyә kimi bir adamın cürәti olmamışdı ki, otursun, mәcbur olubdur ki, ayaq üstә durub, otağın içindә ayağını ayağının üstә aşırıb oturan hәmşәrilәrin qabağında cavab versin!

Bir az dayanıb, ondan, sonra.

İndi dә deyirlәr ki, nә bilim, guya Әrәbistanın bir tәrәfindә bir müsәlman padşahlığı var ki, adıəa Fas deyirlәr, oranın adamları da qudurğanlığı o dәrәcәyә çatdırıbdılar ki, padşaha deyirlәr: "Gәrәk, taxtdan yerә düşәsәn. Әvәzinә ayrı adam seçәk!"

Ondan ötrü ki, deyirlәr, sәn çoxlu pul xәrclәyirsәn vә hәmişә kamança çaldırıb, kef çәkirsәn.

Bir adam yoxdur onlara desin ki, ay heyvan uşağı heyvan, axı, ağzında padşah deyirsәn, bәs padşah olan kimsә ki, cәmi camaatın başının sahibidir, külli ixtiyar, hamısı onun әlindәdir, pul da xәrclәmәyәcәkdir?

Kamança çaldırmayacaqdır? Yaxşı, heç sәn öz pulunu götürüb, ora-bura xәrclәyәndә, ya bu gün gәzmәyә gedib musiqi-balaban çaldıranda, padşah sәnә deyir ki, nә üçün kef elәyirsәn?

Bir az dinmәyib, ondan sonra.

Elә mәnim qorxum ondadır ki, bu gün-sabah bizim camaat da qudurub dәli ola, düşә bizim canımıza ki, bәs, flan vaxtı flan işi elәmisәn, indi dә gәrәk, flan iş ola!
XS
SM
MD
LG