Keçid linkləri

2024, 03 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:42

Üzeyir bəy Hacıbəyli. Xata çıxar


Әgәr keçәn sәnә mәn İstambula getsәydim, Rusiyada danışdığım kimi orada da danışmağa şüru elәrdim. Deyәrdim ki, mәsәlәn, filankәs, keyfin yaxşıdırmı, nә qayırırsan, nә var, nә yox tәzә xәbәrlәrdәn?... i. a. O halda osmanlılardan birisi mәnim sözümü kәsib deyәrdi ki, "Әfәndim! Allah xatirәsi üçün bur ada belә sözlәr söylәmә, yoxsa içindәn xata çıxır".

Mәn deyәrdim ki, әfәndim, mәn nә söz deyirәm ki, onun içindәn vә ya çölündәn xata çıxsın?

Osmanlı mәnә yavaşcadan qandırardı ki, "Nә var, nә yox tәzә xәbәrlәrdәn" kimi sözlәri bir xәfiyyә eşitsә, sәni dә, mәni dә curnal edәr, yәni yazıb hökumәtә bildirәr ki, Rusiyadan buraya tәzә xәbәr bilmәk üçün adam gәlibdir vә filan ilә dә danışırdı....

O halda mәnim bu sözlәrә bәrk acığım tutub, qışqıra-qışqıra deyәrdim: "Әfәndim! Mәn mәşrutәli (dumalı) olan azad Rusiyanın azad tәbәәsiyәm. Buna görә dә azad danışmağa öyrәnmişәm. Başqa cürә danışa bilmәrәm!!"--deyib küsәrdim, haman saat paraxoda minib azad vәtәnimә qayıdardım.

Amma yaxşı ki, keçәn il mәn İstambula getmәmişәm vә yaxşı ki, bu cürә ağzıma güclә sığışan sözlәri demәmişәm, yoxsa, xudanәgәrdә, sonra çox utanardım. Belә ki, haman Osmanlı ola bilsin ki, hürriyyәtdәn sonra bu günlәrdә Bakıya gәlib mәnimlә görüşәrdi vә mәni bazarda yaxalayıb deyәrdi: "Filan-filanşüdә, bәs sәn çığıra-çığıra deyirdin ki, Rusiya mәşrutәli vә azad dövlәtdir?! "Onda mәn bir az utanıb deyәrdim: "Necә mәgәr?

Onda Osmanlı deyәrdi: "Sizin bu Bakı böyük bir şәhәrdir vә hәlә dә hürriyyәtinizdәn qabaq sizin bu şәhәrә ixtiyar verilmişdi ki, öz-özünü dolandırsın, yәni şәhәr idarәsi adında bir mәclis qurulsun vә onun da vasitәsilә şәhәriniz abad olsun!... Tәbiidir ki, hürriyyәtdәn sonra bu şәhәr idarәsinin ixtiyar vә hüququ, gәrәk daha artıq olaydı vә şәhәr bilmәrrә hökumәt әhlinin qәyyumluğu altından çıxa idi. Halbuki (burada mәn utandığımdan qırmızı olaram) bu saat sizin şәhәriniz bizim keçәn ilki Makedoniyadan bәdtәrdir: qәtl, qarәt, oğurluq, adam oğurluğu vә bununla belә (--Burada mәn lap qıpqırmızı olaram vә bir tәrәfdәn dә qorxaram ki, qaradavoy mәni habelә qırmızı görüb, revolyusioner zәnn edәr vә gәlib tutanda bu osmanlının yanında lap biabır olaram) vә bununla belә sizin şәhәr idarәnizin ixtiyarı yoxdur ki, bu şuluqluğa bir çarә çәksin, çünki hökumәt qoymur!

Osmanlı bu sözlәri deyib, kamali-müzәffәriyyәt ilә baxar vә istәr ki, "azad" vәtәnimin bir çox sair "hürriyyәt" nümunәlәrinә dә işarә edib, mәnә bir neçә zәrbә dә vursun. Amma üzümdәn axan utanmaqlıq tәrini görüb, yazığı gәlәr, mәn dә dәsmalı çıxarıb tәrimi silәrәm vә xәcalәtimdәn az qalaram ki, yerә girәm. Amma heyf ki, yer yarılmaz, ona görә dә ayaq üstә durub qalaram....

Doğrudan, hökumәt, nә deyim, nә üçün qoymur ki, şәhәr idarәsi özünә bir çarә axtarsın? Yoxsa, sakitlik xoşuna gәlmir! Deyir, qoy camaat bir-birini qırsın?! Yaxşı, qoy "hәrçi bad-bad"--olsun vә hәr halda, görünür ki, sakitlik hökumәt әhlinә mәnfәәt deyildir!...

Amma qlasnılarımız da qlasnıdırlar ha! Hәlә ki, bunlara sataşan yoxdur; dinmәz-söylәmәz oturub heç quluqlarına da gәlmәk istәmirlәrdi. Biri deyirdi: "Anamı gözlәyirәm", biri deyirdi: "Anam mәni gözlәyir", biri deyirdi: "Başım ağrıyır", biri deyirdi: "Dişim ağrıyır" vә heç veclәrinә deyildi ki, şәhәr qәtl-qarәt oduna yanıb tәlәf olmaqdadır. Onlardan ötrü bu qәdәr ölәn, itәn adamlarla saman çuvalı arasında heç bir tәfavüt yoxdur, necә ki, Nuxa müxbirimiz nida cәnablarından ötrü tәbirnamә, falnamә, ulduznamә cәhdnamә, tilsimnamә ilә türk әdibi-şәhiri Füzuli Bağdadinin әsәri-nafisi olan "Leyli vә Mәcnun" vә yenә türk әdәbiyyatı-millisindәn bir nümunә olan "Aşıq Qәrib" kimi kitabların arasında heç bir tәfavüt yoxdur.

O sәbәbdәndir ki, insanda mәhәbbәt hüququ kimi әn ali bir hiss oyadıb tәrbiyә edәn Füzuli kimi şairin tәbi-mövzusunu andırıb da müәllifin şöhrәtini әbәdi edәn "Leyli vә Mәcnun"u vә türk millәtinin tәmayülati-şairanә vә hissiyyati-nәcibanәlәrinә şahid olan "Aşıq Qәrib"i xürafat, sәfalәt vә әxlaqsızlığa daldıran cәfәngiyat kitablar adlandırıb, iftixari-milli hissiyyatımızı tәhqir edir.

Çox tәәssüflәr olsun bu işlәrin hamısına!
XS
SM
MD
LG